Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb.
Modern.az xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.
58 kq çəkidə dayan üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddır. O, 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) – Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.
Sabah bu 2 çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kq-da keçiriləcək döyüşlər saat 09:00-da başlayacaq.
Qeyd edək ki, mundialın ilk günündə kişilərdə 68 kq, qadınlarda 57 kq çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.