Emin Həsənli MHP-nin baş qərargahında olub, təbriklərini çatdırıb

“Türkiyə Milliyətçi Hərəkat Partiyasının mərkəzi qərargahında başqan müavinləri millət vəkili Kamil Aydın və İsmail Faruk Aksu ilə görüşdüm. MHP-nin təmsil olunduğun koalisiyanın parlament və prezident seçkilərində qələbəsi münasibəti ilə təbriklərimi çatdırdım”.

Moderator.az xəbər verir ki, bunu Herbiand.az-a açıqlamasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.

Emin Həsənlinin Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumukla birlikdə MHP-də keçirdiyi görüşlər zamanı Kamil Aydın Türkiyənin haqlı davasının Azərbaycanın, Azərbaycanın haqlı davasının da Türkiyənin haqlı davası olduğunu xüsusi vurğulayıb.  Millət vəkilin olaraq Kamil Aydın Azərbaycan və Türkiyə parlamentarilərinin beynəlxalq təşkilatlarda birlikdə hərəkət etdiklərini də yada salıb.

Kamil Aydın hələ tələbəlik illərində Londonda Xocalı soyqırımı ilə bağlı aksiyalar təçkil etdiyini də xatırladıb. Hər sahədə olduğu kimi Türkiyə və Azərbaycanın hərbi yönümlü təçkilatlarının birgə fəaliyyətinin çox gərəkli olduğunu bildirən MHP rəsmisi yada salıb ki, Emin Həsənlinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan qazilər, təşkilat mənsubları partiyada onlara isti münasibət olub. Təsadüfi deyil ki, həm partiya başqanı Dövlət Baxçalı, həm də onun yardımçıları Azərbaycandan gələn bu nümayəndə heyətləri ilə görüşə çox böyük önəm verir.  

Emin Həsənli də öz növbəsində MHP-nin Azərbaycana münasibətdə hər zaman həssaslıq göstərməsini xüsusi qeyd edib. İstər Vətən müharibəsində, istərsə də digər zamanlarda MHP-nin başqanından siravi üzvünə qədər bütün partiya mənsublarının bu dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.

Daha sonra Emin Həsənli Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumukla birlikdə MHP sədr müavini İsmail Faruk Aksu ilə görüşüb. Bu görüşdə də Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin yüksək səviyyədə olmasından mənmunluq ifadə olunub.

Emin Həsənli MHP-nin parlamentdə təmsil olunması münasibəti ilə təbriklərinin çatdırıb.

Görüşlərdə iştirak edən Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumuk Azərbaycana səfərləri zamanı Türkiyəli qazilərin yüksək səviyyədə qarşılanmasını və Bakıda və müxtəlif şəhərlərdə yüksək səviyyəli tədbirlər keçirilməsini yada salıb.

Görüş zamanı çoxşaxəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və gələcək fəaliyyətlə də bağlı fikir mübadilələri olub.

 

Mənbə

Share: