Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində iqtidardakı “Cümhur İttifaqı”na daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatlığa namizədi olmuş Muhammet Bahadır Ayasa silahı hücum edilib.
Modern.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, Eskişehirdən namizəd olmuş Ayas ayağından güllələnib.
Anadolu Universitetinin dosenti olan siyasətçi xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər qaçmağa müvəffəq olub.
Bildirilib ki, hazırda deputatlığa namizədin səhhəti normaldır, həyatına heç bir təhlükə yoxdur.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.