MHP-nin deputatlığa namizədi güllələndi

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində iqtidardakı “Cümhur İttifaqı”na daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatlığa namizədi olmuş Muhammet Bahadır Ayasa silahı hücum edilib.

 

Modern.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, Eskişehirdən namizəd olmuş Ayas ayağından güllələnib.

 

Anadolu Universitetinin dosenti olan siyasətçi xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər qaçmağa müvəffəq olub.

 

Bildirilib ki, hazırda deputatlığa namizədin səhhəti normaldır, həyatına heç bir təhlükə yoxdur.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bu xəbər ilə bağlı

MHP deputatlığa namizədlərini açıqladı – TAM SİYAHI


Xəbəri oxu

Mənbə

Share: