Qaxda itkin düşən şəxsin yanmış meyiti tapılıb

Qax rayonunda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb.

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosuna təsdiq edilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə

Share: