Dərman qiymətləri həddindən artıq yüksəkdir

Dərman qiymətləri həddindən artıq yüksəkdir

Dərman qiymətləri həddindən artıq yüksəkdir. Amma bunun qarşısının alınması üçün heç bir addım atılmır.

 

Modern.az xəbər verir ki. bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

 

“Banqladeş, Hindistan dərmanları ölkəyə gətirilir. Avropa dərmanları demək olar ki, yoxdur. Bundan başqa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsinə nail ola bilmədik. Qanunda var ki, dərmanın tərkibi Azərbaycan dilində qeyd olunmalıdır. Amma əhali Türk dilində başa düşür, anlayır. Heç olmasa Türkiyə istehsalı dərmanların ölkəyə gətirilməsini təmin etməliyik”,- deyə deputat vurğulayb.

Mənbə

Share: