Mirzoyan avstriyalı həmkarı ilə Azərbaycandan DANIŞDI

Mirzoyan avstriyalı həmkarı ilə Azərbaycandan DANIŞDI

Ermənistan və Avstriya xarici işlər nazirləri Ararat Mirzoyan və Aleksandr Şallenberq arasında telefon danışığı olub.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmkarlar ikitərəfli əməkdaşlığın gündəliyini, Ermənistan-Aİ tərəfdaşlığını, regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

“Ermənistanın xarici işlər naziri avstriyalı həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində baş verən son hadisələri təqdim edib, Ermənistan tərəfinin danışıqların əsas məsələlərinə, xüsusən də sərhədlərin demarkasiyasına dair aydın ifadə olunmuş öhdəliyə əsaslanan mövqeyini vurğulayıb”, – deyə qeyd olunub.

 

Mövcud problemlərin, o cümlədən humanitar problemlərin həllinin, Laçın dəhlizinin ətrafındakı vəziyyət və Qarabağla bağlı hərtərəfli həllinin zəruriliyi ifadə olunub.

Mənbə

Share: