
“Bizim məhsul sahəsində idxal asılılığımız olacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
“Biz sadəcə hər hansı məhsulla bağlı idxalı azalda bilərik, amma tam ümumi azaldılma mümkün deyil. Bunun bir neçə səbəbləri var. Belə ki, biz hər hansı məhsulu əvvəlcə Ukrayna, Rusiyadan alırdıqsa, indi həmin məhsulu Brazilyadan alırıq. Bu da məhsulların qiymətlərinin artmasına şərait yaradır”,- deyə o bildirib.