“ABŞ Kaxovka SES-in Rusiya tərəfindən partladılmasının sübutlarına malikdir…”

“ABŞ Kaxovka SES-in Rusiya tərəfindən partladılmasının sübutlarına malikdir…”

“Biz yalnız buraxmayacağıq, biz Ukraynaya kömək edəcəyik…”

 

“Gerasimov iki həftə ərzində Rusiya qoşunlarını USQ-nin zərbələrindən qoruya biləcək…”

 

Amerika Birləşmiş Ştatları Kaxovka SES-in məhz Rusiya Federasiyası tərəfindən partladıldığını və miqyaslı texnogen fəlakətə görə məsuliyyət daşıdığını birbaşa göstərən kəşfiyyat məlumatlarını açıqlamağı planlaşdırır.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın iki rəsmi şəxsinə və Avropada bir mənbəyə istinadən “NBC News” telekanalı məlumat yayıb.

 

Jurnalistlərin həmsöhbətlərinin deməsinə görə, Ağ ev yaxın zamanlarda adıçəkilən məlumatları ictimaiyyətə təqdim edəcək.

 

Eyni zamanda Ağ evin saytında ABŞ prezidenti Co Baydenin Xerson vilayətindəki faciəyə münasibəti üzə çıxıb. 

 

Birləşmiş Ştatların Kaxovka SES-in partladılması ilə əlaqədar olaraq Rusiyaya hansı mesajı göndərə biləcəyi ilə bağlı jurnalistin sualına Bayden belə cavab verib:

 

“Biz yalnız buraxmayacağıq, biz Ukraynaya kömək edəcəyik”.

 

Xatırladaq ki, iyunun 6-da gecə Kaxovka SES-in bəndi partladılıb, nəticədə onlarla yaşayış məntəqəsini su basıb. 

 

Ukrayna hakimiyyəti baş verənlərə görə məsuliyyəti rusiyalı hərbçilərin üzərinə qoyub. Prezident Zelenski bəndin partladılmasını “kütləvi ekoloji qırğın bombası” adlandırıb və Rusiyanı SES-i içərindən partladılmasında ittiham edib.

 

“Cənub” operativ komandanlığının spikeri Natalya Qumenyukun məlumatına görə, bəndin partladılması Rusiya SQ 205-ci motoatıcı hissəsi tərəfindən həyata keçirilib.

 

Bu hərəkətin məqsədi su səthi sahəsini artırmaq və Ukrayna qüvvələrinin çayı keçməsinə mane olmaqdır.

 

Kreml bütün ittihamları rədd edir və gah SES-in Ukrayna ordusu tərəfindən raket atəşinə tutulması, gah “diversiya” haqqında, gah da bəndin pis vəziyyətdə olması və özünün dağılması barədə danışır.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna, guya, həm də “Krımı sudan məhrum etmək” məqsədini güdüb.

 

USQ-nin ehtiyatda olan polkovniki Roman Svitan rusiyalı jurnalist Yuliya Latınina ilə söhbətində uzah edib ki, hərbi nöqteyi-nəzərdən bəndin paryladılması Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimov üçün düzgün gedişdir.

 

O, iki həftə müddətində Rusiya qoşunlarını Kinburn burnu tərəfindən USQ-nin zərbələrindən xilas edib, cəbhəni qısaldıb və müdafiəni möhkəmləndirib.

 

Hər-hansı araşdırmanın nəticələrinə bel bağlamaq çətindir, çünki bənd Rusiya qoşunlarının nəzarəti altındadır və ukraynalı müstəntiqlər və texniki mütəxəssialər onun qalıqlarına baxış keçirə bilmir.

Mənbə

Share: