Hacıqabulun icra başçısı şəhid ailəsini ziyarət edib

Hacıqabulun icra başçısı şəhid ailəsini ziyarət edib

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və aparatın məsul işçiləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə  “Vətən uğrunda” , “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş ”Vətən Müharibəsi” Şəhidi Birinci Udullu kənd sakini, Qasımov Elman Yunis oğlunun ailə üzvlərini evində ziyarət edib.

 

İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhid atası Qasımov Yunis Hüseyn oğluna, müalicədən sonra onu narahat edən məsələlərin həllinə yaxından köməklik edilməsi barədə tapşırıqlarını verib. Bildirib ki, Sizə kömək etmək hər birimizin vətəndaşlıq borcudur.

 

İcra Hakimiyyətinin başçısı Şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının daim ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində saxlanmasından, onları narahat edən məsələlərin həlli istiqamətində səy göstərilməsindən danışılıb.

Mənbə

Share: