Rusiyanı rekord sayda milyonçu tərk edir, qalanlarına sanksiyalar mane olur…

Rusiyanı rekord sayda milyonçu tərk edir, qalanlarına sanksiyalar mane olur…

“İmkanlı adamların ölkədən axınına görə Rusiya yalnız Çindən geridə qalır…”

 

“2023-cü ildə rusiyalı milyardçıların sərvəti 16, 35 milyard dollar artıb, ən çox varlanan Vahid Ələkbərov olub…”

 

Rusiyada özəl kapital axını rekord səviyyəyə çatıb, lakin Qərbin sanksiyaları səbəbindən imkanlı mühacirlərin sayı proqnozlaşdırıldığından iki dəfə az olub.

 

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin hesabatında deyilir.

 

Analitiklər Ukraynada müharibə fonunda Rusiyanı ən azı 15 min milyonçunun tərk edəcəyini və ölkəni yülksək gəlirləri olan özəl şəxslərin tərk etməsinə görə birinci yerdə olacağını proqnozlaşdırıb. 

 

Lakin 2022-ci ilin yekunlarına görə, ölkəni 8, 5 min milyonçu tərk edib ki, bu da gözlənildiyindən iki dəfə azdır.

 

“Proqnozlaşdırılan rəqəmlərə həm sanksiya tədbirləri, məsələn, rusiyalılar üçün bir çox investisiya vətəndaşlığı və rezidentliyinin bağlanması, xarici bank hesablarının bağlanması, həm də üzdə olan imkanlı adamların getməsini çətinləşdirən dövlət mexanizmləri təsir edib”, – bunu H&P “Kommersant” qəzetinə müsahibəsində izah edib.

 

Buna baxmayaraq, imkanlı adamların ölkədən axınına görə, Rusiya yalnız Çindən geri qalıb, bu ölkəni 2022-ci ildə 10, 8 min miıyonçu tərk edib.

 

Həmçinin 5-liyə daxil olan ölkələrdən Hindistanı -7, 5 min, Qonkonqu-2, 4 min və Braziliyanı-1, 8 min milyonçu tərk edib.

 

2022-ci ildə imkanlı adamların çoxu Birləşmiş Ərəb Əmirliklərinə -5, 2 min, Avstraliyaya-3, 8 min, Sinqapura-2, 9 min, İsveçrəyə-2, 2 min və ABŞ-a-1, 5 min adam köçüb.

 

Mayın əvvəlində “Bloomberg” nəşri dünyanın ən varlı adamlarının reytinqini dərc edib. 2023-cü ildə rusiyalı milyardçıların sərvəti 16, 35 milyard dollar artıb.

 

Cari hesabatda “Henley & Parners” bu il milyonçu axınına görə Çinin lider olacağını və 13, 5 min nəfəri itirəcəyini proqnozlaşdırır. 

 

Rusiyadan 3 min nəfərin gedəcəyi və ölkənin dördüncü yerə düşəcəyi gözlənilir. Hindistan (mənfi 6, 5 min) və Böyük Britaniya (mənfi 3, 2 min) Rusiyanı önləyəcək.

 

Bu dövrdə ən çox varlanan “Lukoyl”un sahiblərindən biri Vahid Ələkbərov olub. Onun sərvəti 3, 7 milyard artaraq 19, 1 milyard dollara çatıb. Ümumi reytinqdə Vahid Ələkbərov 90-cı yerdədir.

Mənbə

Share: