Güləşçimiz Avropa çempionu oldu 

Güləşçimiz Avropa çempionu oldu 

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib.

 

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.

Mənbə

Share: