Azərbaycan komandasının III Avropa Oyunlarındakı bayraqdarları bəlli olub

Azərbaycan komandasının III Avropa Oyunlarındakı bayraqdarları bəlli olub

Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.

Milli Olimpiya Komitəsindən verilən məlumata görə, bu gün təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyacaq.

Qeyd edək ki, yarışın açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Mənbə

Share: