Şimal-Qərb bölgəsinin elektrik təchizatında yaranmış problem aradan qaldırılıb

Bu gün axşam saatlarında Şimal-Qərb bölgəsinin elektrik təchizatında problem yaranıb.

Problem artıq aradan qaldırılıb, rayonlara elektrik enerjisinin verilişi bərpa edilib.

Belə ki, saat 18:00 radələrindən 110 kilovoltluq xəttə baş verən qəza 20:20 radələrində aradan qaldırılıb.

Nəticədə Qax, Zaqatala və Balakən rayonlarının elektrik enerjisi bərpa edilib.

Mənbə

Share: