Lukaşenkonun mühafizəçiləri sərhədi pozdu

 

Avqustun 1-də Polşanın hava sərhədini pozan iki helikopter Belarus prezidenti Aleksandr Lukaşenkonun mühafizəçilərinə məxsusdur.

Milletinsesi.az xəbər verir ki, bunu Polşa hökumətinin keçmiş rəhbəri (1996-1997), Avropa Parlamentinin üzvü Vlodzimyerz Çimoşeviç deyib.

“Bu helikopterlərin kimliyi müəyyən edilib. Onlar Lukaşenkonun mühafizəçilərinə məxsusdur. Lukaşenko həmin vaxt Polşa-Belarus sərhədindən 7 kilometr aralıda yerləşən Belovejskaya Puşça ərazisindəki iqamətgahına gəlib. Bu, qəsdən və ya təsadüfi baş vermiş hadisə ola bilər”, – deyə Çimoşeviç əlavə edib.

Mənbə

Share: