Bələdiyyə üzvü rüşvət verilən pulları blkondan xalqa atdı

Brazilyada bələdiyyə üzvü olan Sababa Filho atdığı addımla diqqət çəkib.

 

Modern.az xəbər verir ki, o,bələdiyyə sədri Jose Bonifacio Rocha de Jesusun ona rüşvət olaraq  verdiyini iddia etdiyi  300 min Braziliya realını bələdiyyə binasının pəncərəsindən insanlara atıb. Filyonun bu hərəkəti ətrafdakı vətəndaşların böyük marağına səbəb olub. S.Filho “bu pullar xalqındır” deyib.

 

Sababa Filho rüşvət kimi verilən pulları atmazdan əvvəl bələdyyə sədri Rocha de Jesusun tərəfdarı olan başqa birini yerinə gətirməyi planlaşdırdığını və həyatının təhlükədə olduğunu ifadə edib.

 

 

Mənbə

Share: