Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan Milletinsesi.az-a bildirilib ki, son günlər Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diskində ləkə olmayıb.
Məlumata görə, geomaqnit sahə son 24 saat ərzində çox sakit olub.
Kosmik hava proqnozunun növbəti iki gün ərzində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
Elektron selinin isə proqnoz dövründə normal səviyyədən orta səviyyəyə qalxacağı gözlənilir. Həmçinin, proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə yəni sentyabrın 24-də geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır. Növbəti gün isə (25 sentyabr) nisbətən fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.