Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri dünya üzrə 500 milyon dollar qazanıb.
O, indiyədək ən çox gəlir gətirən İkinci Dünya müharibəsi filmi olan Maykl Beyin 2001-ci ildə ekranlara çıxmış “Pörl Harbour”unu geridə qoyub.
Baş rolda Killian Mörfinin çəkildiyi “Oppenheymer” ilk dəfə iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir.
Xatırladaq ki, rejissor Kristofer Nolan “Qara cəngavər”, “Başlanğıc”, “İnterstellar” kimi filmlərin müəllifidir.
Mənbə: gazeta.ru