İrəvanda əsir saxlanılan Hüseyn də anasına ZƏNG ETDİ

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov ailəsi ilə əlaqə saxlayıb.

 

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova bildirib.

 

“Bu gün oğlumla danışdım. Şükür, yaxşıdır oğlum. Yaraları yoxdur, sağalıb. Amma arıqlayıb. Telefon danışığını Qızıl Xaç Komitəsi təşkil etmişdi. Hüseyn yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu dedi”, – deyə hazırda xəstəxanada müalicə alan Ş.Axundova söyləyib.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

 

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

 

Jalə Rövşən

Mənbə

Share: