Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir

Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, iyulun 26-da Nigerdə baş verən hərbi çevrilişlə əlaqədar Türkiyə vətəndaşlarını bu ölkədən təxliyə etməyə başlayıb. Məlumata görə, Türk Hava yolları ölkə paytaxtı Niamey Beynəlxalq Diori Hamani Hava limanından çoxu Türkiyə vətəndaşı olmaqla 233 nəfəri təxliyə edib.

Qeyd edək ki, Türkiyənin səfirliyi, müxtəlif qurumları, Türkiyə-Niger Dostluq Xəstəxanası şəxsi heyəti, ölkədə fəaliyyət göstərən Türk şirkətlərinin Türkiyə vətəndaşı olan məsul şəxslər Nigerdə qalaraq işlərini davam etdirirlər.

Mənbə

Share: