Tonoyana anasını görməyə icazə verən rəis işdən çıxarılıb?

Ermənistan Ədliyyə Nazirliyinin cəzaların icrası xidmətinin rəisi Sergey Atomyan David Tonoyana qısa müddətə anasına baş çəkməyə icazə verib və buna görə işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

 

Qəzet yazır ki, keçmiş müdafiə naziri Tonoyan avqustun 1-də parlament komissiyasının iclasına aparılıb. O, Atomyana belə bir xahişlə müraciət edib. Atomyan buna hər şeyin məxfi qalması şərti ilə icazə verib, lakin baş nazir Nikol Paşinyan bundan xəbər tutub və Atomyanı işdən çıxarıb.

 

Atomyan bu məlumatı qəzetə təkzib etsə də, qəzetin mənbələri məlumatın etibarlılığında israrlıdır.

Mənbə

Share: