“Veysəloğlu”na məxsus “Xonça” şirniyyat şirkətinin yeməklərindən şikayət var.
Tribunainfo.az yazır ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazır. Narazı vətəndaş bildirib ki, “Spar” marketdəki “Xonça” şirniyyat evindən aldığı sendviçdən tük çıxıb:
“”Spar” marketdən “Xonça” şirniyyat şirkətinin sendviçini aldım. Yeyərkən içindən tük çıxdı. Özlərinə şikayət etdikdə isə bildirdilər ki, toyuq sendviçində ola bilər. Belə antisanitar və vecsiz şirkət görmədim. Görəsən “Veysəloğlu” MMC-ə məxsus şirkətlər nə zaman müştəri yönümlu olacaq?”.
Şikayətçi Lalə Rufullayeva isə bildirib ki, o da dəfələrlə belə problemlə üzləşib:
“Mənim də başıma buna bənzər hadisə gəlib bir neçə dəfə. Şirniyyatdan saç çıxıb, soba peraşkisinin içindəki kartof kiflənmiş olub. İrad bildirəndə gülərək yola verirlər.
Mən artıq tam imtina etmişəm onların məhsullarından”.