Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin yay semestr imtahanları başa çatıb. İmtahanlarda əvvəlki semestrlərdə kəsiri olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr iştirak ediblər.
Bu barədə Moderator.az-a ADNSU-dan məlumat verilib.
Yazılı, yazılı-şifahi şəkildə keçirilən imtahanlarda ümumilikdə universitet üzrə 1000 nəfərdən çox tələbə iştirak edib.