İraqda hava limanına endirilən zərbə nəticəsində azı 6 nəfər həlak olub.
Bu barədə “Reuters“ agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, zərbə İraqın şimal-şərqindəki Süleymaniyyə əyalətinin Ərbil şəhərindəki hərbi aerodroma endirilib və PUA vasitəsilə həyata keçirilib.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.
Ölən və yaralananların sayı barədə dəqiq məlumat verilməyib.