Şuşada bu ilin sonunda butik hotel tikiləcək

“Şuşada bu ilin sonunda butik hotel tikiləcək”.

 

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

 

Aydın Kərimov qeyd edib ki, bu hotel xarici investorların ayırdığı maliyyə ilə tikiləcək:

“Ümumiyyətlə, şəhər tikinti-quruculuq baxımımdan dövlətin maliyyəsindən asılı olmamalıdır”.

Mənbə

Share: