İlin sonuncu Günəş tutulması başlayıb

2023-cü ilin sonuncu Günəş tutulması başlayıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır.

Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

Tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək.

Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunur. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Mənbə

Share: