Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Moderator.az xəbər verir ki, yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək.

Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq.

Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

Komanda son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.

Mənbə

Share: