Hər gün bir portağal yeyin!

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nədir?

Axşam.az xarici KİV-ə istinadən portağalın faydalarını sadalayır:

1. Soyuqdəymənin dərmanıdır – tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.

2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salır – tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə, gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Çəkini normada saxlayır – portağalın tərkibində su, kalsium, bir qədər kalori var. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Çünki kalorisi azdır.

4. Portağal xərçəng xəstəliyini uzaqlaşdırır – tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir.

5. Ürəyinizə faydalıdır – portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.

6. Dəriyə qulluq edir – tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.

Share: