Bakıda yeni parkinq inşa edilir

Bakıda yeni parkinq inşa edilir

Olimpiya Stadionu üçün əlavə avtomobil parkinq yeri inşa edilir.

Milletinsesi.az xəbər verir ki, stadionun yaxınlığında böyük ərazidə bu məqsədlə iş aparılır. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Parkinqdə aparılan işlərin böyük bir hissəsi artıq tamamlanıb.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hazırda avtomobil dayanacağı olacaq əraziyə əsas yoldan giriş və çıxış hazırlanır.

 

Share: