Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.