Türkiyədən ABŞ-a vacib zəng

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Robert Obrayenlə  Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın  arasında telefon danışığı olub.

Milletinsesi.az xəbər verir ki,  Prezidentin mətbuat katibinin verdiyi açıqlamaya görə, telefon danışığında  iki ölkə arasındakı münasibətlər və Suriyadakı hadisələr müzakirə edilib.

İki NATO müttəfiqi  DAEŞ ilə yanaşı PKK və YPG də daxil olmaqla bütün terror təşkilatları ilə  mübarizənin qətiyyətlə aparılması lazım olduğunu bildiriblər.

Söhbət əsnasında Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trumpın dəvəti ilə 13 noyabrda Vaşinqtona edəcəyi səfər hazırlıqları da müzakirə edilib.

 

 

Share: