ABŞ-ın Suriyaya təhdidi: “Güc tətbiq edəcəyik”

ABŞ  Suriyanın şimal-şərqindəki neft yataqlarına nəzarəti davam etdirəcəkdir.

Milletinsesi.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Mark Esper  keçrdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, “Əl-Bağdadi sağ ikən bu depozitlər onun fəaliyyətinə İŞİD-in maliyyə mənbəyi kimi dəstək verirdi. ABŞ ordusu yataqları  təhdid edən bütün qüvvələrə ciddi cavab verəcək”.

Qeyd edək ki,  daha əvvəl Suriyanın dövlət televiziyası ABŞ qoşunlarının bir karvanının İraqdan Suriyanın şimal-şərqindəki Haseke bölgəsinə döndüyünü bildirmişdi.


    
Share: