İvan Rakitiç “Barselona”dan qışda böyük ehtimalla ayrılacaq.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvat yarımmüdafiəçi komandasını dəyişmək istəyi ilə bağlı klub rəhbərliyi ilə görüşüb. Kataloniya təmsilçisi 31 yaşlı oyunçunun başqa kluba keçməsinə razılıq verib.
Bildirilir ki, Rakitiçə matçlarda az şans verildiyi üçün o, “Barsa”dan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Rakitiç bu mövsüm La Liqada 6 oyunda meydana çıxıb. Onunla “Mançester Yunayted” və “İnter”in maraqlandığı iddia olunur.