Türkiyə Superliqası təmsilçisi “Göztəpə” baş məşqçisi Tamer Tuna ilə yolları ayırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 43 yaşlı mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunub.
Qeyd edək ki, “Göztəpə” ölkə çempionatında 9 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.