Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 11-də Ali Radanın ikinci oxunuşda qəbul etdiyi səfərbərlik haqqında qanunu imzalayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat yayılıb.

 

“Ukrayna prezidentinin imzası ilə geri qaytarılıb”, – sənədin təsvirində göstərilib. Qanunda nəzərdə tutulmuş normaların əsas hissəsi imzalandıqdan bir ay sonra – mayın 16-dan qüvvəyə minəcək.

 

Ukrayna Ali Radası aprelin 11-də ikinci oxunuşda səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsini qəbul edib. Sənədə 31 dəyişiklik edilib, o cümlədən 36 aylıq xidmətdən sonra ordudan tərxis olunma müddəası çıxarılıb.

Mənbə

Share: