Canluici Buffon “Yuventus”da 513-cü matçına çıxıb.
Qol.az-ın ESPN-nin “Tvitter” hesabına istinadən yaydığı xəbərə görə, 41 yaşlı qolkiper son olaraq A seriyasının 10-cu turunda “Cenoa” ilə matçda (2:1) qapını qoruyub. Bununla da o, Turin klubunun sabiq futbolçusu Alessandro Del Pyeronun rekordunu təkrarlayıb. Buffon daha 1 oyuna çıxacağı təqdirdə, “Yuventus”da ən çox oynayan futbolçu olacaq.
Qeyd edək ki, Buffon bu mövsüm ölkə çempionatında 4 matçda oynayıb.