KEÇİBUYNUZU bəhməzinin qızıldan qiymətli faydaları

Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var – xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.

Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:

– Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.

– İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

– Yuxunu yaxşılaşdırır.

– Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.

– Qanda xolesterinin səviyyəsini aşağı salır.

– Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.

– Sümükləri möhkəmləndirir.

– Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.

– Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.

– Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.

– Beyinin fəaliyyətinə müsbət təsir edir.

– Orqanizmə əlavə enerji verir.

Saglamolun.az bildirir ki, mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.

Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.

Share: