5 aylıq oğlu beynindən əməliyyat olunub

Türkiyəli məşhur cütlük Tolqahan Sayışman və Almeda Abazinin 5 aylıq oğlu bu gün əməliyyat olunub.Axşam.az xəbər verir ki, körpənin beynində kist aşkarlanıb. Cütlük həyəcanla oğullarının əməliyyatdan çıxmasını gözləyib.

Almeda atası ilə fotolar çəkdirən oğlu üçün “Övladıma göz dəydi” deyərək, göz yaşlarını saxlaya bilməyib.

Efehan bir neçə dəqiqə əvvəl əməliyyatdan çıxıb. Həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.

Share: