DSX-nin hərbi qulluqçusu vəfat etdi

DSX-nin hərbi qulluqçusu vəfat etdi

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Millətin Səsi.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

Share: