Hindistanda təşkil edilən “Gaay Gauhri” festivalında maraqlı anlar yaşanıb.
Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, kişilər bəzədilmiş inəklərin ayaqları altına yatıb, özlərini əzdiriblər. Bu ritualın şans gətirəcəyinə inanan sakinlərdən bir çoxunun bədənində ciddi sınıqlar yaranıb. İnanca görə, yaralar nə qədər tez yaxşılaşsa, həmin insan bir o qədər şanslı olacaq.
Qeyd edək ki, onlarla hindlinin müxtəlif dərəcəli xəsarət almasına səbəb olan bu festival Hindistanda hər il keçirilir.