Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilsin.
Prezidentin imzaladığı digər sərəncamla Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.