
ABŞ Nümayəndələr Palatasının üzvü Tomas Massi İran və İsrail arasında əldə olunan atəşkəsə bənzər şəkildə Ağ Ev rəhbəri Donald Trampla barışıq əldə etmək istədiyini bildirib.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
“Prezident Tramp üstümə bomba ataraq bunkerləri məhv etmək istədikdən sonra onunla İsrail-İran razılaşmasına uyğun barışıq əldə etmək istərdim”, – konqresmen zarafatla deyib.
Eyni zamanda, Massi Trampı İran və İsrail arasındakı münaqişəni həll etmək səylərinə görə “tərifləmək” üçün hələ tez olduğunu ifadə edərək, “Konstitusiyanı pozmadan tanınmağın başqa yollarının da olduğunu” qeyd edib.
Bundan əvvəl Tramp ABŞ-ın İranın nüvə infrastrukturuna zərbələr endirməsini pisləyən Massinin tənqidinə sərt reaksiya verib və onu “bomj” adlandırıb.
Tural