İsrail ordusunun son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 100-dən çox adam ölüb

İsrail ordusunun son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 100-dən çox adam ölüb

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 100 fələstinli həlak olub.

Millətin Səsi.az xəbər verir ki, bu barədə məlumatı Fələstinin  Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin bölgəyə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 105 ölü və 356 yaralı Qəzza xəstəxanalarına yerləşdirilib.

“Xəsarət alanların bəziləri dağıntılar altında və fövqəladə hallar briqadaları və mülki müdafiə işçilərinin əli çatmayan yollarda qalıb”, – nazirlik bildirib.

Həmçinin, son 24 saat ərzində İsrail hərbi qüvvələrinin humanitar yardım paylama məntəqələrində növbə gözləyən fələstinlilərə hücumları zamanı azı 7 nəfərin öldüyü, 74-dən çox insanın yaralandığı bildirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail təcavüzü qurbanlarının ümumi sayı 57 523 nəfərə çatıb, 136 617 nəfər yaralanıb. İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etdiyi 2025-ci il martın 18-dən bu yana ölənlərin sayı 24 576 ölü, 6 964 nəfərə çatıb.

Share: