Marko Verattinin yeni kluba keçdi

Marko Verattinin yeni kluba keçdi

İtaliyalı mərkəz yarımmüdafiəçisi Marko Verratti Qətərin “Əl-Duhail” klubuna keçib. 

Millətin Səsi.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçunun müqaviləsinin müddəti açıqlanmayıb.

“Bu transfer yeni mövsüm ərəfəsində komandanın gücləndirilməsi baxımından əhəmiyyətli bir addımdır”, – deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, Verratti 2023-cü ildən etibarən Qətərin digər klubu “Əl-Ərabi”nin formasını geyinirdi. Onun bu komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Beləliklə, futbolçu “Əl-Duhail”ə azad agent kimi keçib.

Verratti bu mövsüm Qətər çempionatında 16 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qol.az

Share: