Hindistanda İldırım vurmasından 33 nəfər öldü

Hindistanda İldırım vurmasından 33 nəfər öldü

Hindistanda həftə ərzində musson yağışlarının da yağdığı qasırğalar zamanı 33 nəfər ildırım vurmasından ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Ölkənin Bihar əyalətinin rəsmilərinin bildirdiyinə görə, ildırım vurmasından ölənlərin çoxu fermerlər və açıq havadan işləyən işçilərdir.

Qeyd edək ki, Hindistanın şərq hissəsində yerləşən Bihar əyalətində hər il baş verən daşqınlar və digər təbii fəlakətlər yüzminlərlə insanın yaşayış yerlərini dəyişməsinə səbəb olur.

Share: