Müəllimlərin işə qəbul müsabiqəsi start götürdü

Müəllimlərin işə qəbul müsabiqəsi start götürdü

2025-2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə başlanılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 18 iyul – 1 avqust 2025-ci il tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Share: