Suriyanın Əl-Suveyda şəhərində ölənlərin sayı 1000 nəfəri keçib

Suriyanın Əl-Suveyda şəhərində  ölənlərin sayı 1000 nəfəri keçib

İyulun 13-dən Suriyanın cənubundakı Əl-Suveyda əyalətində davam edən silahlı toqquşmalarda 298 dinc sakin həlak olub, icmalararası qarşıdurma zamanı ölənlərin ümumi sayı isə 1119 nəfər təşkil edib.

Millətin Səsi.az “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki,  druz özünümüdafiə birləşmələrinin 427 döyüşçüsü öldürülüb. Sabitliyi bərpa etmək üçün Dəməşqdən cənub bölgələrinə göndərilən Daxili İşlər və Müdafiə nazirliklərinin xüsusi təyinatlıları 354 əsgərini, ərəb qəbilələrinin hökumətyönlü birləşmələri isə 21 silahlı itki verib. İsrailin hava hücumları nəticəsində daxili təhlükəsizlik qüvvələrinin daha 19 əməkdaşı həlak olub.

Share: