Ruslar üç istiqamətdə hücuma hazırlaşır – Zelenski

Ruslar üç istiqamətdə hücuma hazırlaşır – Zelenski

Onlar (Rusiya ordusu – red.) hücum əməliyyatına hazırlaşırlar, bizim fikrimizcə, üç istiqamətdə. Əsas istiqamətlər – Zaporojye, Pokrovsk və Novopavlovsk istiqamətləridir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Hesab edirik ki, Zaporojye istiqamətinə əlavə olaraq təxminən 15 min, Pokrovsk istiqamətinə təxminən 7 min, Novopavlovsk istiqamətinə isə təxminən 5 min əlavə qüvvə göndəriləcək. Düşünürük ki, bu istiqamət prioritetə görə üçüncüdür. Sumda yerləşən 53 mindən, hesab edirik ki, təxminən 30 minlik ordu hazırda bu üç istiqamətə yönəldiləcək. Fikirləşirik ki, bu, onların əsas qoşun mənbəyidir, ən güclü briqadalarıdır, hazırda Kursk istiqamətində dayanırlar və hərəkət edəcəklər”, – deyə Zelenski bildirib.

Share: