
Böyük Britaniya dondurulmuş Rusiya aktivlərinin istifadəsindən Ukraynaya 1 milyard dollar göndərib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın rəsmi hökumət saytında bildirilib.
“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən bir milyard dollardan çox vəsaiti Ukraynaya hərbi dəstək üçün yönəldilib”, – müdafiə naziri Con Hilinin sözləri gətirilib.
O, həmçinin bildirib ki, Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olduğu Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir.
Report.az