Kolleclərə qeydiyyatın tarixi açıqlandı

Kolleclərə qeydiyyatın tarixi açıqlandı

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-da saat 11:00-da start veriləcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 17-də saat 18:00-da yekunlaşacaq.

Share: